azturkxeber.az
http://azturkxeber.az

“Boeing” yanvarda 45 təyyarə istehsal edib

12-02-2025

“Boeing” yanvarda 45 təyyarə istehsal edib


“Boeing” şirkəti yanvarda müştərilərə 45 təyyarə təhvil verib.

Bu, 2019-cu ildən indiyədək ən çox məhsulun təhvil verildiyi yanvar ayıdır. Ötən ay həm də “Boeing” şirkətində uzunmüddətli etiraz aksiyalarından sonra istehsal prosesinin tam bərpası ilə yadda qalıb. Təyyarələri təhvil alanlar arasında ABŞ və Çin şirkətləri üstünlük təşkil edir.

“Boeing” eyni zamanda hesabat dövründə 36 yeni sifariş qəbul edib. Sifarişlərin ləğvi qeydə alınmayıb. Lakin Hindistanda tələbat az olduğu üçün yerli istehsal xəttinin qurulması planı ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728