azturkxeber.az
http://azturkxeber.az

Alimlər Vezuvi vulkanında karbonlaşmış perqament yazılarını AI vasitəsilə deşifrə ediblər

11-02-2025

Alimlər Vezuvi vulkanında karbonlaşmış perqament yazılarını AI vasitəsilə deşifrə ediblər


Böyük Britaniya alimləri zərif əlyazmaları deşifrə etmək məqsədilə süni intellektdən istifadə edərək təxminən 2000 il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində yanmış qədim perqament vərəqlərinin deşifrə edilməsində mühüm bir irəliləyiş əldə ediblər.

Azturkxeber.az “Science” elmi portalına istinadla xəbər verir ki, Oksford Universitetinin “Bodleian” kitabxanalarının və “Vesuvius” qrupunun tədqiqatçıları eramızın 79-cu ilində baş vermiş fəlakətli hadisə nəticəsində karbonlaşan perqament vərəqlərini deşifrə ediblər və hazırda onun mətninin mükəmməl tərcüməsi ilə məşğuldurlar.

Ekspertlər “X-rays” şüalarının təsviri və süni intellekt alqoritmlərinin birləşməsi sayəsində bükülmüş formada olan sənədi zədələmədən açmağa müvəffəq olublar. Bu, “Herculaneum” adlı perqament vərəqlərinin qeyri-invaziv rəqəmsal bərpasında irəliləyiş deməkdir. Perqament vərəqləri xüsusi qutuya yerləşdirilərək İngiltərənin Oksfordşir şəhərindəki “Diamond Light Source” kompleksinə çatdırılıb. Sonra onları son dərəcə parlaq işıq şüaları yaradan və sənədin məzmununun qeyri-invaziv görünüşünü təmin edən sinxrotron texnologiyası vasitəsilə skan ediblər.

Süni intellekt sistemi sayəsində rəqəmsal olaraq yenidən qurulan perqament vərəqlərində skan məlumatlarında olan nümunələri müəyyən etmək üçün neyron şəbəkə vasitəsilə mürəkkəb izlər təhlil olunub. Bu, həmçinin alimlərə qədim sənədin mürəkkəbini aydın şəkildə üzə çıxarmağa və yazılmış hərfləri açmağa imkan verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728