azturkxeber.az
http://azturkxeber.az

İslamabadda Pakistan və Türkiyə arasında terrorla mübarizə məsləhətləşmələri keçirilib

11-02-2025

İslamabadda Pakistan və Türkiyə arasında terrorla mübarizə məsləhətləşmələri keçirilib


İslamabadda Pakistan və Türkiyə arasında terrorla mübarizə məsləhətləşmələrinin ikinci raundu keçirilib.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər iki tərəf qlobal və regional terrorizm mənzərəsini nəzərdən keçirib, regionda, həmçinin onun hüdudlarından kənarda terrorçu qurumların yaratdığı təhlükələr barədə fikir mübadiləsi aparıb. Hər iki dövlətin nümayəndələri öz təcrübələrini bölüşərək, terrorizmlə mübarizə sahəsində Pakistanla Türkiyə arasında davam edən əməkdaşlığı nəzərdən keçiriblər.

Pakistan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Terrorizmlə Mübarizə bölümünün Baş direktoru Əbdül Həmid, Türkiyə tərəfinə isə Türkiyə Xarici İşlər Nazirliyinin Kəşfiyyat və Təhlükəsizlik bölməsinin Baş direktoru Kənan Yılmaz rəhbərlik edib.

Görüş zamanı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, internetdən bu kimi məqsədlər üçün istifadənin və radikallaşmanın qarşısının alınması sahələrində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub. Bildirilib ki, məsləhətləşmələrin növbəti raundu Ankarada baş tutacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Pakistana səfəri gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728