Alyaskada itmiş təyyarədə olan 10 nəfərin hamısı ölüb YENİLƏNİB
Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.
Bu barədə “Associated Press” ABŞ Sahil Mühafizəsinə istinadla məlumat yayıb.
Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Nom şəhərinə uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.
06:25
Göyərtəsində 10 nəfərin olduğu Alyaskada yoxa çıxan təyyarə tapılıb.
Təyyarə ABŞ Sahil Mühafizəsi tərəfindən aşkar edilib. “Bering Air”ə məxsus “Cessna” təyyarəsində uçan doqquz sərnişin və bir pilotdan üç nəfərin öldüyü bildirilir.
Təyyarə Nom şəhərindən 34 mil cənub-şərqdə tapılıb.
Təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, təyyarə hündürlüyün və sürətin itirilməsinə səbəb olacaq naməlum qəza yaşayıb.