ABŞ prezidenti Donald Tramp Bayden administrasiyasının qərarını ləğv etdi
ABŞ prezidenti Donald Tramp Bayden administrasiyasının qərarını ləğv edib və Pentaqonun İsrailə bir tonluq bunker dağıda bilən bombaları çatdırmağı əmr edib.
ABŞ-da 6 aydan çox ilişib qalan 1800 ədəd Mk-84 bombası yaxın günlərdə İsrailə göndəriləcək.
Bomba Mk-80 tipli hava bombaları seriyasının ən böyüyüdür. Onun nominal çəkisi 2000 funt (908 kq) təşkil edir, lakin onun həqiqi çəkisi versiyadan asılı olaraq 1972 funt (896 kq) ilə 2083 (947 kq) arasında dəyişən nominal çəkidən bir qədər fərqlənə bilər. Korpus metaldan hazırlanıb. 945 funt (429 kq) Tritonal partlayıcı ilə doldurulur. Bomba 380 mm metal və ya 3,3 metr betona nüfuz edə bilir.
Bombaların bəziləri artıq İsraildə ABŞ anbarlarındadır və tezliklə İDF-yə təhvil veriləcəyi gözlənilir.