azturkxeber.az
http://azturkxeber.az

Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır

23-01-2025 Baxılıb: 44

Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 5G texnologiyalarına sürətli keçid planlarını açıqlayıb.

O, 5G texnologiyalarının tətbiqi üzrə tenderlərin artıq bu il keçiriləcəyini, beşinci nəsil rabitənin daha yüksək ötürmə qabiliyyətini təmin edən ilk şəbəkələrin işə başlamasının 2026-cı ildə nəzərdə tutulduğunu qeyd edib.

Eyni zamanda, Uraloğlu ölkənin telekommunikasiya operatorlarının investisiyalarının həcminin kəskin artdığını bildirib. “Təkcə ötən ilin 9 ayında telekommunikasiya operatorlarının investisiyalarının həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz artıb. İnvestisiyaların böyük hissəsi fiber-optik şəbəkələrin inkişafına yönəldilib”, - deyən nəqliyyat naziri hazırda Türkiyədə stasionar telefon abunəçilərinin sayının 9,2 milyon təşkil etdiyini, mobil telefon istifadəçilərinin isə 94,5 milyonu ötdüyünü qeyd edib.

Nazir xatırladıb ki, 4G və 5G texnologiyaları Türkiyədə 2016-cı ilin aprelində tətbiq olunmağa başlayıb, bu rabitə növünün abunəçilərinin sayı isə 2024-cü ilin sentyabrına qədər 87,5 milyona çatıb.

Eyni zamanda, o, yerli texnologiyaların və rabitə stansiyalarının daha da inkişaf etdirilməsi və tətbiqinin vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031