Dünya çempionatı: Zelim Kotsoyev mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 9-da Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.
Azturkxeber.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kq çəki dərəcəsində mübarizə aparacaq.
Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Milli Gimnastika Arenasında təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: