azturkxeber.az
http://azturkxeber.az

Fərid Əhmədov: Probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edirik

08-10-2026

Probasiya sahəsində daha köklü islahatların həyata keçirilməsi məqsədilə probasiya fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar 2027-2031-ci illəri əhatə edən konsepsiya hazırlanıb.

Azturkxeber.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, konsepsiya layihəsi hazırda hökumətdə razılaşma prosesindədir.

“Sosial adaptasiya və məhkumların reabilitasiyası bizim üçün prioritet istiqamətlərdən biridir. Çünki məhz probasiya nəzarətində olan şəxslərin cinayət törətmək riskləri daha böyük ola bilər və biz düşünürük ki, bu onlar üçün həssas dönəmdir. Bu zaman həmin şəxslərin sosial reabilitasiyasını təmin etməklə qanuna itaət edə biləcək vətəndaşlara çevrilməsinə nail ola bilərik.

Həyata keçirilən tədbirlər nəticəsində biz artıq probasiya şərtlərini pozmuş şəxslərin sayında kəskin azalma müşahidə edirik. 2023-cü ilin sonuna bu rəqəm 842 olmuşdusa, 2025-ci ilin sonunda 9 dəfə azalmaqla 93-ə düşmüşdür. Eyni zamanda probasiya nəzarətində olan şəxslərin təkrar cinayət törətməsi hallarının təxminən 15% azaldığını müşahidə edirik.”, - deyə nazir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031