azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva “Bakı Dialoqu” çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edib

07-10-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransda iştirak edib.

Konfrans çərçivəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, onların ailə üzvlərinin məlumat almaq hüququnun təmin olunması, eləcə də bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mühüm humanitar və insan hüquqları məsələləri diqqət mərkəzində olub.

Ombudsman Səbinə Əliyeva bildirib ki, itkin düşmüş şəxslər probleminin həlli istiqamətində etimadın möhkəmləndirilməsi, effektiv mexanizmlərin formalaşdırılması və beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ailələrinin hüquqlarının təmin edilməsi yalnız humanitar məsələ deyil, eyni zamanda fundamental insan hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031