azturkxeber.az
http://azturkxeber.az

“Əmək və Məşğulluq” altsistemi vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir

07-10-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) əmək hüquqlarının qorunmasına nəzarətin həyata keçirilməsində və layiqli əmək prinsiplərinin təmin olunmasında mühüm rola malikdir.

Azturkxeber.az xəbər verir ki, ƏMAS işçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin əmək müqaviləsi ilə e-qaydada rəsmiləşdirilməsi və bu münasibətlərin rəqəmsal əsasda idarə edilməsi imkanını yaradan vahid əmək münasibətləri platformasıdır.

Altsistemdə əmək müqaviləsinin qüvvədə olduğu müddət, müqaviləyə dəyişikliklər, işçiyə ödənilən əməkhaqqı, əmək məzuniyyətinin verilməsi, ezamiyyətə göndərilmə və.s barədə məlumatlar əks olunur ki, bu məlumatlar əsasında əmək hüquqlarının qorunmasına müvafiq nəzarət həyata keçirilir.

Bunlarla yanaşı işçi və işəgötürənlər üçün rəqəmsal xidmətlərə əlçatanlığın artırılması, əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin daha çevik və səmərəli təşkili məqsədilə ƏMAS-ın təkmilləşdirilməsi istiqamətində də davamlı işlər görülür.

Altsistemdə əmək müqavilələrinin müddətinin başa çatması və əmək qanunvericiliyinin pozulması riskləri ilə bağlı əvvəlcədən bildirişlərin göndərilməsini nəzərdə tutan proaktiv xidmət modelinin inkişaf etdirilməsi, işəgötürənlər üçün özünüyoxlama (“self-check”) alətlərinin və rəqəmsal audit mexanizmlərinin tətbiqi imkanları da nəzərdən keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031