azturkxeber.az
http://azturkxeber.az

Bakıda “PostEurop” Baş Assambleyası keçirilir

07-10-2026



Bakıda AZCON Holding şirkətlər qrupuna daxil olan “Azərpoçt”un ev sahibliyi ilə “PostEurop” Baş Assambleyası öz işinə başlayıb.

Azturkxeber.az-ın məlumatına görə, avropanın poçt operatorlarının rəhbərlərini bir araya gətirən tədbirdə poçt sektorunun gələcəyi, dayanıqlı inkişaf və innovasiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə olunur.

Assambleyanın açılış mərasimində tədbirə həsr olunmuş poçt markasının xüsusi möhürlənməsi mərasimi də keçirilib.

Tədbirin proqramına əsasən, oktyabrın 8-də poçt sektorunun qarşısında duran aktual çağırışların müzakirə ediləcəyi Biznes Forum təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031