azturkxeber.az
http://azturkxeber.az

8 nəfər tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq

07-10-2026

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 nəfər Tacikistan Respublikası vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Azturkxeber.az xəbər verir ki, əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar.

Tədris proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031