azturkxeber.az
http://azturkxeber.az

Uşaqların təhlükəsizliyi üçün: Siyəzəndə maarifləndirici görüş keçirilib

02-10-2026

“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən 2 nömrəli tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüş zamanı məktəblilərə küçə və yollarda təhlükəsiz davranış qaydaları, yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri, piyada keçidlərindən düzgün istifadə və işıqforun tələblərinə əməl olunmasının vacibliyi izah edilib.

Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, onlara yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tövsiyələr çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031