azturkxeber.az
http://azturkxeber.az

Nazir Fərid Əhmədov Xankəndi şəhərində vətəndaşları qəbul edib

02-10-2026

Ədliyyə naziri Fərid Əhmədov 2 oktyabr tarixində Xankəndi şəhərində vətəndaşları qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbuldan əvvəl nazir Xankəndi Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarından və Xankəndi şəhərindən ümumilikdə 18 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031