azturkxeber.az
http://azturkxeber.az

NATO PA-nın seminarında

02-10-2026

Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov qurumun 109-cu Rouz-Rot seminarında iştirak etmək üçün oktyabrın 5-də Moldova Respublikasının Kişineu şəhərinə səfər edəcək.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, seminar çərçivəsində Moldovanın Avro-Atlantik məkanında gələcəyi, mürəkkəb strateji mühitdə dayanıqlılığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və bu istiqamətdə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfər oktyabrın 8-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031