Beynəlxalq konfranslarda

Milli Məclisin sədr müavini Musa Qasımlı, parlamentin komitə sədri Əhliman Əmiraslanov və deputat Tənzilə Rüstəmxanlı oktyabrın 5-də Türkmənistanın Avaza şəhərinə səfər edəcəklər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində deputatlarımız Milli Turizm Zonasında keçiriləcək “Demoqrafik proseslər və dayanıqlı inkişaf: müasir dövrün çağırışları və beynəlxalq təcrübə”, “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” və “Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri” adlı beynəlxalq konfranslarda iştirak edəcəklər.
Səfər oktyabrın 9-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: