Beynəlxalq Astronavtika Konqresində

Milli Məclisin deputatı Vüqar Bayramov 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün oktyabrın 3-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib 3, səfər çərçivəsində millət vəkili kosmik təhlükəsizlik və bu sahədə tədqiqatlarla bağlı müzakirələrdə iştirak edəcək. Tədbirdə deputatımızın “Kosmos texnologiyası Azərbaycan cəmiyyəti üçün hansı dəyərli həll yolları təklif edir?” mövzusunda çıxışı nəzərdə tutulub.
Səfər oktyabrın 9-da başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: