azturkxeber.az
http://azturkxeber.az

Sürət və diqqətsizlik iki nəfərin həyatına son qoydu

01-10-2026

Ötən gün saat 23:00 radələrində Masallı rayonunun Mollaoba kəndinin ərazisində Aşurlu kənd sakini Eminağa Həşimovun idarə etdiyi “VAZ” markalı avtomobili maneəyə vurması nəticəsində özü və sərnişini, Tüklə kənd sakini Elvin İbrahimov hadisə yerində həyatlarını itirib.

Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır fəsadlara səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi iki gəncin faciəsi ilə nəticələnən bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031