Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Milli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa “Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili” adlı konfransda iştirak etmək üçün oktyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə parlamentarizm prinsipləri ilə mənəvi və dini dəyərlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Vitse-spiker Rafael Hüseynov konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.
Səfər oktyabrın 3-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: