azturkxeber.az
http://azturkxeber.az

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

30-09-2026

Sentyabrın 30-da Bərdə rayonunun Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, ilkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930