azturkxeber.az
http://azturkxeber.az

Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanır

30-09-2026

Oktyabrın 3-də Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatı start götürəcək.

Azturkxeber.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu yarışda Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Leyla Mahmudlu (52 kq), Alsu Yafarova (54 kq), Cəmilə Muradlı (57 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq), Xumar Cəfərli (+80 kq), Həsrət Məmmədov (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məmmədli (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Əli Abaslı (60 kq), Məhəmmədəli Rüstəmov (63 kq), Yusif Həsənli (66 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) güvənəcək.

Avropa çempionatında Anar Nağdıyev və Qalib Əbiyev isə ölkəmizi hakim kimi təmsil edəcəklər.

Qeyd edək ki, yarışda 40 ölkənin 500-dək boksçusunun iştirakı gözlənilir. Budvaya oktyabrın 1-də yollanacaq boksçularımız ayın 12-də Bakıya qayıdacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930