azturkxeber.az
http://azturkxeber.az

"Birliyin Gücü - 2026" birgə hərbi təliminin müşahidəçiləri ilə görüş keçirilib

30-09-2026

Bakıda "Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.

Görüşdə, həmçinin təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması və müşahidəçilərin fəaliyyətinin təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Sonda müşahidəçiləri maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930