Azərpoçt-un rəhbərliyi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib




AZCON-a daxil olan "Azərpoçt" MMC-nin rəhbərliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət edib.
Azturkxeber.az xəbər verir ki, ziyarət zamanı ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri qoyulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: