azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın voleybol üzrə qızlardan ibarət milliləri Gökhan Edmana tapşırılıb

29-09-2026

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi vəzifəsinə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub.

Bu barədə Azturkxeber.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Gökhan Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət milli komandası 2011–2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012–2013-cü illərdə isə Dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin müxtəlif illərdə Türkiyənin A milli, A2, gənc və yeniyetmə komandalarını çalışdıraraq Balkan çempionluğu və "Spring Cup" turnirində bir neçə dəfə titullar qazanıb.

Klub karyerasında "Eczacıbaşı", "Galatasaray", "Vakıfbank Güneş Sigorta" və "Sarıyer Belediyespor" komandalarında baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssis, 1998–1999-cu illər mövsümündə "Eczacıbaşı" ilə Avropa Konfederasiya Kubokunun (CEV Cup) çempionu olub, 1999–2000-ci illərdə Avropa Çempionlar Liqasında 3-cü yeri tutub. "Galatasaray" klubu ilə də Avropa Konfederasiya Kubokunda bürünc medal qazanan Edman "Eczacıbaşı" A qadın komandası ilə iki dəfə Türkiyə çempionluğuna yüksəlib.

Marmara Universitetinin məzunu olan Edman uzun illər Türkiyə Voleybol Federasiyasının məşqçilik kurslarında təlimçi kimi fəaliyyət göstərib, Mini Voleybol və Qadın Milli Komandaları Texniki Qurumunun üzvü olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930