Azərbaycan “The Saudi Food Show 2026” sərgisində iştirak edir



Azərbaycan məhsulları Ciddə şəhərində keçirilən “The Saudi Food Show 2026” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Azturkxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində “The Saudi Food Show 2026” sərgisi keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunur.
Stenddə qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, qurudulmuş və təzə meyvələr, çərəzlər, alkoqolsuz içkilər, mineral sular, bal, eləcə də digər ərzaq məhsulları nümayiş olunur. Bundan başqa, stenddə iştirakçılara ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlərin fəaliyyəti barədə materiallar təqdim edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: