azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində 55 nömrəli tam orta ümumtəhsil məktəbində monitorinq aparılıb

26-09-2026

Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi sahəsində müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində əlilliyi olan uşaqların təhsilə əlçatanlığı ilə bağlı monitorinqlər davam etdirilir.

Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, növbəti monitorinq Bakı şəhəri 55 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Monitorinqin əsas məqsədi həmin məktəbdə eşitmə və nitq qabiliyyəti məhdud şagirdlərin təhsil aldığı xüsusi siniflərdə tədris prosesi barədə məlumat əldə edilməsi olub.

Ombudsmanın nümayəndələri tərəfindən məktəbin direktoru, müəllimlər və loqopedlə, həmçinin xüsusi siniflərdə təhsil alan şagirdlərlə fərdi söhbətlər aparılıb. Bununla yanaşı, xüsusi siniflərdə tədris prosesi izlənilib, şagirdlər üçün tədrisin təşkili ilə bağlı müsbət nümunələr, eləcə də inkişaf imkanları qiymətləndirilib.

Monitorinqin nəticələrinə əsasən, xüsusi siniflərdə təhsil alan şagirdlər üçün loqopedik məşğələlər zamanı istifadə olunan avadanlıq və vasitələrlə təminatın təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib, həmçinin onların digər siniflərdə təhsil alan şagirdlərlə ünsiyyətinin artırılmasına diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930