İmana gəlin, ay... qonşular, qardaşlar!

ÖZ DİNİMİZ: İRANDAN SONRA GÜRCÜ PATRIARXINA QƏDƏR.
Mən çoxdan deyirəm: Azərbaycanın dini məsələsi milli təhlükəsizlik məsələsidir.
İrandan gələn fars mollasının təhlükəsini gec anladıq. 30 il Qumda yetişdirilmiş, Hüseyniyyədə yuva qurmuş şəbəkə nə istəyirdi? Din adı altında ikinci bir şər(iət) dövlət. Dövlət onu çökdürdü. Doğru etdi.
İndi ikinci dalğa qardaş Türkiyədən gəlir. Diyanət gəlib 90-cı illərdə 8 məscid tikdi, Hasekidən məzun gətirib Qubaya imam qoydu. Türkiyədə imam dövlət qulluqçusudur, Atatürkdən bəri belədir. Bu, Türkiyənin qorunma mexanizmidir. Amma sən onu olduğu kimi Azərbaycana köçürəndə, Azərbaycan İslamını yox, Türkiyənin dövlət İslamını köçürürsən. Azərbaycan dövləti düzgün etdiki, , 2022-də qanunu dəyişdi: İmamı QMİ yox, Dövlət Komitəsi təyin edəcək. Türkiyənin modelini götürdük əslində. Bu da çox düz gediş idi.
Amma məsələ bitmir. Din məsələsi aktuallaşanda hamının yadına düşür ki, Azərbaycanda kilsə də var.
Burda Gürcüstan Patriarxına bir eyham vurmaq lazımdır.
Qaxda Kürmük məbədi var. Gah deyirlər gürcü kilsəsidir, gah deyirlər alban. Gürcü Patriarxı hər il Qaxa göz dikir, "ora bizim irsimizdir" deyir. Mən buradan bir dəfə deyirəm: Sənin irsin Tiflisdədir, Qaxda yox. Onu da araşdıranda başqa şey çıxır.
Qaxdakı kilsə Alban kilsəsidir. Qafqaz Albaniyası bu torpağın ən qədim xristian dövlətidir. Onun varisi Ermənistan deyil, Gürcüstan deyil, Azərbaycandır. Çünki albanların xristian irsi - Udi qardaşlarımız - bu gün Qəbələdə, Nicdə, Oğuzda yaşayır, Azərbaycana dua edir. Tiflisin və ya Eçmiadzinin arxivi ilə tarix oğurlanmır.
Gürcüstanda Azərbaycan irsi nə qədərdir, bilirsinizmi? Borçalıda, Qarayazıda dağıdılmış məscidlərimiz, Tiflisdə Cümə məscidi. Biz heç vaxt demədik orası bizimdir, gəlin alaq. Çünki biz qonşuya hörmət edirik. Amma qonşu da bilməlidir ki, Qax Azərbaycan ərazisidir. Kürmük də, Nic də, Xudavəng də Azərbaycanın alban irsidir.
Və son söz: Son dəfə ərazimizə göz dikən separatçının sonu nə oldu, hamı gördü.
Ermənistan 30 il "Qarabağ bizim kilsəmizdir, bizim torpağımızdır" dedi. Axırı nə oldu? 44 gündə tarix dəftəri bağlandı, 2023-də nöqtə qoyuldu. İndi İrəvanda oturub o kilsələrin daşını sayırlar.
Ona görə Qaxa göz dikən də bu dərsi yadından çıxarmasın. Azərbaycanın səbrini din məsələsi ilə, alban məsələsi ilə, kilsə-məscid söhbəti ilə sınamayın. Bu dövlətin bir dərsi var: İmanımız var, torpağımız da var. İkisini də özümüz qoruyuruq. Nə Tehran mollasından, nə Diyanət xütbəsindən, nə də Patriarxın xeyir-duasından icazə almırıq.
Bu dövlətin ağlı düzdür. Öz dinimiz, öz irsimiz, öz torpağımız.
Əlibəyli Əziz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: