Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib




Milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, habelə 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 24-də Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, eləcə də könüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.
Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1200-dən çox zeytun və Eldar şamı ağacları əkilib.
Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: