DİN: Bir gündə 56 cinayət açılıb, 164 axtarışda olan şəxs saxlanılıb

- Sentyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 139 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: