azturkxeber.az
http://azturkxeber.az

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq məşqləri keçirilib - VIDEO

25-09-2026

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Azturkxeber.az xəbər verir ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir.

Aviasiya vasitələri müəyyən edilmiş marşrutlar üzrə müxtəlif yüksəkliklərdə ustalıqla manevrlər edir, şərti düşmənin hava hədəflərinə, radar və zenit-raket komplekslərinə, hərbi texnika və terrorçuların yerüstü mövqelərinə zərbələr endirilir.

Məşqlərin məqsədi pilotların praktiki vərdişlərini təkmilləşdirmək, aviasiya vasiələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olmaq və onların təlimdə qarşıya qoyulmuş tapşırıqların mürəkkəb hava və relyef şəraitində yerinə yetirilməsi üzrə qabiliyyətlərini yoxlamaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930