Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar




Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası bildirir ki, xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş müsahibə mərhələsi yekunlaşıb.
Bu barədə Azturkxeber.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə iştirak etmiş 19 namizəddən zəruri keçid balı toplamış 8 nəfərin Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ilkin icbari hazırlığa cəlb olunması barədə qərar qəbul edilib.
Namizədlərin ilkin icbari hazırlığı oktyabr ayının 1-dən etibarən başlanacaq. Hazırlığın yekunları üzrə qiymətləndirmədən uğurla keçən şəxslər stajkeçməyə cəlb olunacaqlar.
“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.
Namizədlərdən ilkin icbari hazırlıqla bağlı oktyabr ayının 1-i saat 9:00-dan gec olmayaraq Ədliyyə Akademiyasının əsas korpusunda olmaları xahiş olunur (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).
Müsahibə mərhələsində uğur qazanmış namizədlərin
SİYAHISI
Dadaşov İlkin Tofiq oğlu
Qasımov Qafil Akif oğlu
Heydərli Şaiq Abisalam oğlu
Hüseynov Allahverdi Əjdər oğlu
Mütəllimov Kənan Ələkbər oğlu
Həsənov Rəşad Rəşid oğlu
Bayramov Cavid Əli oğlu
Şahbazov Abdulla Tofiq oğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: