azturkxeber.az
http://azturkxeber.az

Gürcüstan parlament nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

24-09-2026

Ölkəmizdə səfərdə olan Gürcüstan Parlamenti sədrinin müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin komitə sədri Anar İsgəndərov və digər rəsmi şəxslər müşayiət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930