azturkxeber.az
http://azturkxeber.az

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq

24-09-2026

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.

Azturkxeber.az xəbər verir ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930