azturkxeber.az
http://azturkxeber.az

"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - VİDEO

24-09-2026

Ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində növbəti praktiki tapşırıqlar uğurla yerinə yetirilib.

Azturkxeber.az xəbər verir ki, plana uyğun olaraq, iştirakçı ölkələrin bölmələri helikopterlərdən desantın endirilməsi, operativ mövqe tutaraq şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətləri müvəffəqiyyətlə icra ediblər.

Tapşırıqların icrası zamanı Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular yüksək peşəkarlıq və koordinasiya nümayiş etdiriblər.

Qeyd edək ki, məşqdə əsas diqqət iştirakçıların praktiki vərdişlərinin təkmilləşdirilməsi, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması və təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə yönəldilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930