azturkxeber.az
http://azturkxeber.az

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası təmin edilib

23-09-2026

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyinin Probasiya xidməti üzrə tam təmin edilib.

Bu barədə Azturkxeber.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əfv sərəncamı 20 şəxsə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 19 nəfər (onlardan 5-i əcnəbidir), azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930