azturkxeber.az
http://azturkxeber.az

II rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

23-09-2026

Dövlət müəssisələrində şəffaflığın və maliyyə intizamının artırılması, fiskal risklərin daha səmərəli idarə olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2026-cı ilin II rübü üzrə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən 22 dövlət müəssisəsinin monitorinqi başa çatdırılıb.

Bu barədə Azturkxeber.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanı ilə təsdiq edilmiş Monitorinq Qaydalarına uyğun olaraq həyata keçirilən monitorinqin nəticələri üzrə hesabat hazırlanaraq təqdim edilib.

Monitorinq zamanı dövlət müəssisələrinin maliyyə nəticələri və fəaliyyət göstəriciləri təhlil olunub, onların fəaliyyəti nəticəsində yarana biləcək fiskal risklər müəyyən edilib və müəssisələr müvafiq fiskal risk reytinqlərinə uyğun olaraq təsnifləşdirilib.

Yeni monitorinq mexanizminin tətbiqi dövlət müəssisələrinin maliyyə vəziyyəti və fəaliyyət göstəriciləri barədə sistemli məlumat bazasının formalaşdırılmasına, fiskal risklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və idarəetmə qərarlarının daha dolğun maliyyə məlumatları əsasında qəbul edilməsinə imkan yaradır.

Monitorinqin əhatə dairəsi mərhələli şəkildə genişləndirilir. Belə ki, 2026-cı ilin I rübündə 10 dövlət müəssisəsi monitorinqə cəlb edildiyi halda, II rübdə bu göstərici 22 dövlət müəssisəsinə çatdırılıb. Növbəti rüblərdə monitorinqə cəlb olunan dövlət müəssisələrinin sayının daha da artırılması nəzərdə tutulur.

Monitorinq mexanizminin mərhələli şəkildə genişləndirilməsi dövlət müəssisələrinin maliyyə fəaliyyətinin daha sistemli qiymətləndirilməsinə, fiskal risklərin vaxtında müəyyənləşdirilməsinə və dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930