azturkxeber.az
http://azturkxeber.az

İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

23-09-2026

Sentyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan komitə sədri Fazil Mustafa qarşıdan gələn sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, sessiyalar ərzində komitənin gündəliyinə 3 məsələ çıxarılıb. Qeyd olunub ki, ötən dövrdə komitə üzvləri ölkəmizdə və xaricdə keçirilən müxtəlif tədbirlərə qatılıblar, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak ediblər.

Diqqətə çatdırılıb ki, yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 117 ərizə, məktub və digər müraciətlər daxil olub, onlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Komitə sədri deyib ki, ötən sessiyalar müddətində komitə sədri və üzvləri tərəfindən seçicilərlə mütəmadi görüşlər keçirilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq işlər aparılıb.

Sonra komitə sədri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, növbəti sessiya dövründə komitənin fəaliyyət sahəsinə aid olan qanun layihələri müzakirə ediləcək, tarixi və dini abidələr, ictimai birliklər və dini qurumlarla bağlı məsələlər üzrə ictimai müzakirələr təşkil olunacaq.

Məsələlərin müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Ceyhun Məmmədov, Azər Allahverənov, Günay Ağamalı, Tənzilə Rüstəmxanlı və Elşad Musayev çıxış edərək qeyd və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə komitənin üzvləri Azay Quliyev, Səbinə Salmanova, Anatoliy Rafailov, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930