azturkxeber.az
http://azturkxeber.az

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

23-09-2026

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Sığorta Fondunun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, bank sektorunun nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi alətlərindən yararlanma imkanları, subsidiyalaşdırma mexanizmləri, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı fəaliyyəti üçün maliyyə resurslarına çıxış və güzəştli kredit imkanları müzakirə olunub.

Bununla yanaşı, su təminatı və meliorasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və dövriyyəsi zamanı qida təhlükəsizliyi tələbləri, məhsulların sertifikatlaşdırılması prosedurları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Dövlət Proqramında aqrar sahə üzrə nəzərdə tutulan tədbirlər, dövlət dəstəyi mexanizmləri və bu istiqamətdə fermer və sahibkarlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklif və təşəbbüsləri dinlənilib.

Sonda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930