azturkxeber.az
http://azturkxeber.az

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb

11-09-2026

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.

Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin şəxslərdən ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930