azturkxeber.az
http://azturkxeber.az

Astarada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

17-08-2026

Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub.

BDYPİ-dən Azturkxeber.az-a verilən məlumata görə, müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmək təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu cür hüquqazidd əməllərə yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31