azturkxeber.az
http://azturkxeber.az

DİN-dən vətəndaşlara xəbərdarlıq: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın!

14-08-2026

Son günlər “WhatsApp” tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş edirlər.

Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa çağırırıq.

Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.

Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiq etmir.

Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın.

Kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31