azturkxeber.az
http://azturkxeber.az

Xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenilənib

13-08-2026

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

MEMİM-dən Azturkxeber.az-a bildirilib ki, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla tədrisin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, təhsilalanların bilik və bacarıqlarının inkişafını təmin etməkdir.

Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni ilə bağlı proqramlar yenidən hazırlanıb. Yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına, təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün tədris proqramları hazırlanıb.

Yenilənmiş tədris proqramlarını aşağıda qeyd olunan link vasitəsilə yükləyə bilərsiniz.

Link: https://memim.az/menu/tedris-proqramlari-1576832952?page=1






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31