azturkxeber.az
http://azturkxeber.az

BDYPİ piyadalara müraciət edir: Təhlükəsizliyiniz öz diqqətinizdən başlayır

13-08-2026

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında piyadaların da üzərinə böyük məsuliyyət düşür.

Bu barədə Azturkxeber.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hər bir piyada yol hərəkəti qaydalarına ciddi əməl etməklə, yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli və hərəkət zamanı diqqətli olmalıdır. Tələsməmək, ətrafa diqqətlə nəzər yetirmək, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almaq və təhlükəsizliyə tam əmin olduqdan sonra keçidi davam etdirmək vacibdir. Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən və onu keçərkən mobil telefon, qulaqcıq və digər elektron cihazlardan istifadə etməklə diqqətin yayındırılmasına yol verilməməlidir.

Eyni zamanda, sürücülər də piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, piyadalara yol verməli və diqqəti yayındıran amillərdən çəkinməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırır. Unutmayaq ki, yollarda təhlükəsizlik hər kəsin düzgün davranışından başlayır və bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31