ADY sərnişin tələbatını nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

ADY artan sərnişin tələbatını qarşılamaq məqsədilə avqustun 14-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Azturkxeber.az xəbər verir ki, bu barədə ADY-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə, həmçinin Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından, eləcə də “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: