azturkxeber.az
http://azturkxeber.az

NİİM: Təkcə qəza dayanma işıq siqnalını yandırmaqla təhlükənin qarşısının alınacağını düşünməyin

12-08-2026

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb. Görüntülərdən də aydın görünür ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülməyib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinın (NİİM) məlumatında qeyd olunub.

“Müşahidələr göstərir ki, belə hallarda həm məcburi dayanmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmaması, həm də hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən diqqətsizliyə yol verilməsi qəza riskini artırır. Belə halların qarşısının alınması üçün nasazlıq və ya digər səbəbdən məcburi dayanma zamanı sürücü qəza dayanma işıq siqnalını yandırmaqla yanaşı, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır. Eyni zamanda, hərəkətdə olan bütün sürücülər yollarda diqqətli olmalı və sürət həddinə əməl etməlidirlər”, - deyə məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31