azturkxeber.az
http://azturkxeber.az

FHN yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələrin təmizlənməsini təmin edib (FOTO)-(VİDEO)

12-08-2026

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Azturkxeber.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, yaratdığı yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Bakı şəhəri Səbail rayonunun Gülbala Əliyev, Xətai rayonunun Orxan İsmayılov küçələrində, Xəzər rayonunun Binə Atçılıq yaşayış massivində, Sumqayıt şəhəri Çerkassı, Nizami, Səməd Vurğun və Mirzə Ələkbər Sabir küçələrində, Corat qəsəbəsinin Sahil küçəsində, Gəncə şəhəri 28 May küçəsində, Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylər kəndindən keçən hissəsində magistral yolun kənarında, Qax rayonunun Ləkit kəndində meşə kənarında, Masallı rayonunun Heydər Əliyev prospektində, Bərdə rayonunun Sənaye küçəsində, Həsənqaya kəndində, Ağcabədi rayonunun Hacıbədəlli kəndində, Biləsuvar rayonunun Üzeyir Hacıbəyov küçəsində, Sabirabad rayonunun İlham İsgəndərov küçəsində, Neftçala rayonunun Üzeyir Hacıbəyov küçəsində, Balakən rayonunun Qarahacılı, Katex və Qaysa kəndlərində, Ağdaş rayonunun Ərəb kəndində, İsmayıllı rayonunun Talıstan kəndində, Qəbələ rayonunun 9 Noyabr küçəsində, Şəki rayonunun Oraban kəndində, Yevlax şəhərinin Mirzə Şəfi Vazeh küçəsində, Quba rayonunun Dəvədabanı yaşayış massivində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31