azturkxeber.az
http://azturkxeber.az

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

12-08-2026

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 nəfər - Əlcəzair vətəndaşı, 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31