azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq konfransda

12-08-2026

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və parlamentin deputatı Vüqar Rəhimzadə avqustun 13-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azturkxeber.az-a verilən məlumata görə, səfər zamanı deputatlarımız “Müstəqil Özbəkistan – inkişaf yolunun 35 ili: islahatlar, nəticələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.

Tədbir çərçivəsində millət vəkilləri, həmçinin İslam Sivilizasiyası Mərkəzində Özbəkistanın tarixi, mədəni və elmi irsinin qorunması, öyrənilməsi və təbliğinə həsr olunmuş təqdimatla tanış olacaq, Səmərqəndin tarixi və mədəni abidələrini ziyarət edəcəklər.

Səfər avqustun 16-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31