azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “EU Reporter”də məqaləsi dərc olunub

11-08-2026

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “Phone call for sustainable peace” adlı məqaləsi dərc olunub.

Məqalədə 8 avqust 2025-ci il tarixinin Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi qəbul olunduğu, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə imzalanmış Birgə Bəyannamənin Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçidini rəsmiləşdirdiyi vurğulanıb.

Deputat qeyd edib ki, Azərbaycan dünyada təhlükəsizliyin təmin olunması istiqamətində nəinki hər zaman maraq göstərib, eyni zamanda üzrinə düşən öhdəlikləri layiqincə yerinı yetirib. Ölkəmiz, xüsusilə, 30 ilə yaxın müddətdə nəticəsiz danışıqlardan sonra 2020-ci ildə BMT-nin nümunəvi üzv dövləti olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum dörd qətnamənin icrasını təkbaşına təmin edib, 2023-cü ildə suverenliyimizin tam təmin olunması ilə həm regionda, həm də dünya siyasi arxitekturasında tamamilə yeni bir ab-hava yaratmağa nail olub.

Eyni zamanda, M.Əfəndiyev bu gün həmin tarixi hadisədən bir il sonra, artıq Vaşinqtonda əldə olunmuş razılaşmaların real nəticələrə çevrildiyini müşahidə etdiyimizi qeyd edib. Həmçinin, Vaşinqton Bəyannaməsinin imzalanmasının birinci ildönümündə Ermənistanın Baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi, danışıq zamanı ABŞ Prezidenti Donald Trampın və ABŞ administrasiyasının sülh prosesindəki rolunun xüsusi vurğulanması, iqtisadi əməkdaşlıq, o cümlədən Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yükdaşımalar və TRIPP marşrutunun icrası kimi konkret məsələlər müzakirə olunması diqqətə çatdırılır.

Sonda millət vəkili bütün dünyada sülhün və əmin-amanlığın carçısı olan Azərbaycanın bir il əvvəl olduğu kimi, bu gün də Cənubi Qafqazda davamlı sülhün əldə olunması, xalqların rifahının daha da yaxşılaşdırılması istiqamətində bütün səylərini səfərbər etdiyini vurğulayaraq, regionda nəqliyyat, enerji, ticarət, investisiya imkanlarının genişlənməsində ölkəmizin əhəmiyyətinə toxunub.

Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.eureporter.co/armenia-3/2026/08/11/phone-call-for-sustainable-peace/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31