azturkxeber.az
http://azturkxeber.az

Abu-Dabi İnvestisiya Ofisi ilə görüş keçirilib

11-08-2026

Görüşdə AZPROMO və Abu-Dabi İnvestisiya Ofisi arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran prioritet istiqamətlər və mümkün birgə təşəbbüslər müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Azturkxeber.az-a bildirilib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Abu-Dabi İnvestisiya Ofisinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri və bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib.

Müzakirələr zamanı iki qurum arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər mümkün birgə təşəbbüslərin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək razılığına gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31